Azad Rəhimov: Təşkilatlar bəzi hallarda nöqsanlara yol verirlər
23.04.2014 - 11:42
Azad Rəhimov: Təşkilatlar bəzi hallarda nöqsanlara yol verirlər

“Hesablama Palatası hər il yoxlamalar aparır. Yoxlamalar nəticəsində Milli Məclisə təhlilini təqdim edir”. Apasport.az saytının xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, sonuncu hesabatda nöqsanlar aşkarlanmayıb. Rəhimovun sözlərinə görə, Daşkəsəndə Xoşbulaq olimpiya kompleksinin tikintisi nəzərdə tutulub. Amma rayon mərkəzindən 20 km aralıda olduğundan, prezident İlham Əliyevin təklifi ilə orada Gənclər Mərkəzi tikilib: “Sizi də dəvət edirik. Bəzi qurğularda da ciddi problem yoxdur. İnşa edən təşkilatlar bəzi hallarda nöqsanlara yol verirlər. Bunu nəzərə alaraq, tikintinin 3-5 faizini nazirliyin hesabında saxlayırıq. Nöqsanlar ortaya çıxanda onu bağlayırıq”.

Nazirlikdə korrupsiya halının aşkarlanmadığını vurğulayan nazir bildirib ki, 2 rayonda asfalt-beton örtüyü həyata keçirilib, amma hava şəraiti ilə əlaqədar axıra saxlanılıb. Bütün iradlar 2 il müddətində aradan qaldırılıb: “Komplekslər dövlət qəbul komissiyası tərəfindən qəbulu 16 təşkilat tərəfindən aparılır. Bu da 1 ilədək vaxt tələb edir. Olimpiya Kompleksi böyük olduğundan, daha çox vaxt aparır. Kreditor borcu isə mərhələli şəkildə verilir”.

Eyni zamanda Hesablama Palatasının açıqlaması oxunub. Açıqlamada bildirilir ki, audit zamanı korrupsiya hallarına rast gəlinməyib. Çatışmazlıqlar isə aradan qaldırılıb.

0