“Bakı”nın məşqində qalmaqal düşdü
23.04.2014 - 15:50
“Bakı”nın məşqində qalmaqal düşdü

Topaz Premyer Liqasının XXXI turunda “İnter”ə 0:4 hesabı ilə uduzan “Bakı”da sular durulmaq bilmir. Apasport.az saytı xəbər verir ki, maddi böhran içərisində olan paytaxt təmsilçisi daha bir problemlə üzləşib.

 

Belə ki, bu gündən “Sumqayıt”la matçın hazırlıqlarına start verən komandada məşq formalarının olmamağı diqqət çəkirdi.  Hazırlıqlarını klubun bazasında davam etdirən “zolaqlılar” məşqə oyun zamanı istifadə olunan formalarla çıxmışdılar. Komandada problemlərin olması futbolçuların məşqə soyuq yanaşmasından da sezilirdi.

 

Daha çox toplu çalışmalara üstünlük verildiyi hazırqlıda baş məşqçi Milinko Pantiç də qayğılı görünürdü.

 

İkitərəfli oyun zamanı isə yenicə zədədən qayıdan Georgios Pelagiasa qarşı Yure Travner kobud oynadı. Bundan narazı qalan kiprli müdafiəçi sloveniyalı futbolçunun üstünə hücum çəkdi. Lakin komanda yoldaşlarının müdaxiləsindən sonra ara sakitləşdi. Risto Ristoviç və Mario Alvares arasında da yeni şeyə görə mübahisə yaşandı. Maraqlıdır ki, Pantiç həmin mübahisələrə müdaxilə etmədi.

 

Onu da qeyd edək ki, məşqi Pantiçin köməkçisi Mario Fernandes keçirdi. Serbiyalı mütəxəssis isə məşq boyunca ancaq top daşımaqla məşğul idi.

 

0