"Araz" tarixi şansı qaçırdı
24.04.2014 - 22:19
"Araz" tarixi şansı qaçırdı

Bu gün Bakıda futzal üzrə UEFA kubokunun “Dördlər finalı” start götürüb. Apasport.az saytının məlumatına görə, Avropanın ən güclü 4 komandası kubok uğrunda ilk oyunlarına çıxıblar.

“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilmiş ilk yarımfinal matçında “Kayrat”ı (Qazaxıstan) 2:1 hesabı ilə məğlub edən “Dinamo” (Rusiya) aprelin 26-da təşkil olunacaq final qarşılaşmasına vəsiqə qazanıb.

Ardınca meydana Azərbaycan çempionu “Araz” çıxıb. Naxçıvan təmsilçisi İspaniya nəhəngi “Barselona” ilə üz-üzə gəlib.  Görüşdə hesabı komandamız açsa da, katalonlar ardınca 3 qol vurublar. Buna baxmayaraq, “Araz” ruhdan düşməyib və əsas vaxtın başa çatmasına 16 saniyə qalmış tarazlığı bərpa ediblər.

Qalibi müəyyən etmək üçün penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq olan “Barselona” həlledici final matçına vəsiqə qazanıb.

Tarixi şansı qaçıran “Araz” isə üçüncü yer uğrunda oyunda “Kayrat”la qarşılaşacaq.

24 aprel, 1/2 final

"Kayrat" (Qazaxıstan) - "Dinamo" (Rusiya) - 1:1
Qollar: Baron, 31 -  Nando, 25

"Araz" (Azərbaycan) - "Barselona" (İspaniya) -4:4  penaltilər seriyası - 2:4
Qollar: Rafael, 3; Fabiano, 28; Folya, 40; Amadeu, 49 - İqor, 12; Aykardo, 22; 27; Dieqo, 46

"Araz": 1. Buranello, 2. Periç, 3. Fabiano, 5. Felipe, 7. Çuyets,  9. Amadeu, 10. Folya, 11. Davi, 12. Popov, 14. Borisov, 15. Rafael, 18. Auqusto, 20. Məmmədkərimov.

"Barselona": 1. Kristian, 2. Aykardo, 3. Torras, 5. Qabriel, 6. Fernando, 7. Dieqo, 8. Lin, 9. Losano, 10. İqor, 11. Saad, 13. Vilde, 14. Pako Sedano, 15. Çema, 19. Adrian Orteqo.

 

0