Ferqüssonun “cücələri”: Bekhem çatışmır
23.04.2014 - 23:49
Ferqüssonun “cücələri”: Bekhem çatışmır

“Mançester Yunayted”in əfsanəvi yarımmüdafiəçisi Pol Skoulz “qırmızı şeytanların” məşqçi heyətinə daxil edilib. Apasport.az saytının klubun rəsmi səhifəsinə istinadən verdiyi xəbərə görə, Skoulz Niki Batt və Fil Nefillə bir yerdə mövsümün sonuna qədər “Mançester Yunayted”in müvəqqəti baş məşqçisi Rayan Qiqqzə kömək edəcəklər.

 

Qeyd edək ki, Pol Skoulz, Fil və Harri Nevillər, Rayan Qiqqz, Niki Batt və Devid Bekhemi “Ser Aleks Ferqüssonun cücələri” adlandırırlar. Bu futbolçular məhz Ferqüssonun rəhbərliyi altında yetişərək, böyük futbol ulduzuna çevriliblər. İndi bu “cücələrdən” ancaq Devid Bekhem, eləcə də Harri Nevill Mançester klubunun heyətində çatışmır.

 

 

0