“Beşiktaş”ın Eto’O arzusu reallığa çevrilir
23.04.2014 - 22:27
“Beşiktaş”ın Eto’O arzusu reallığa çevrilir

 

“Beşiktaş” futbol klubunun Eto’O-nu komandanın rənglərinə bağlamaq arzusu reallığa çevrilməyə başlayır. Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi ulduz futbolçunun menecerini tanışlıq üçün Türkiyəyə gətirir.

 

Klub başqanı Fikrət Orman növbəti mövsüm üçün komandanı qurmağa başlayıb. Orman bir hücumçu, bir 10 nömrəli yaradıcı oyunçu, bir yarımmüdafiəçi və bir sağ kənar müdafiəçisi almaq istəyir. Artıq “Beşiktaş” klubu Cenk Tosunun transferini reallaşdırıb. Samuel Eto’O-nun da komandaya keçməsi üçün Kamerunlu futbolçunun meneceri önümüzdəki həftə İstanbula səfər edəcək.

 

 

 

 

0