Braziliya yanır: dünya çempionatı qan gölündə keçirilə bilər - FOTOLENT
24.04.2014 - 02:16
Braziliya yanır: dünya çempionatı qan gölündə keçirilə bilər - FOTOLENT

 

İki aydan sonra futbol üzrə dünya çempionatını qəbul edəcək Braziliyada vəziyyət gərginləşib. Apasport.az saytının məlumatına görə, artıq iki gündür paytaxt Rio-de-Caneyroda qanlı qarşıdurmalar başlayıb.

 

Xatırladaq ki, Braziliya hökuməti bir müddət öncə narkotacirlərin və cinayətkarların məskunlaşdığı gecəqondulara polis və ordu qüvvələri yeridib. Məqsəd dünya çempionatı zamanı ölkəyə gələcək futbol azarkeşlərin təhlükəsizliyini maksimum təmin etməkdir. Ordunun hətta dünya çempionatı günlərində belə gecəqondularda qalacağı planlaşdırılır.

 

Amma hökumətin bu addımı əks-effekt verməyə başlayıb. Aprelin 22-də səhər tezdən Rio-de-Caneyroda rəqqas Duqlas Rafael de Silva Pareyranın cəsədi tapılıb. Məlum olub ki, polis onu narkotacir hesab edərək güllələyib. Bundan sonra gecəqondularda üsyan başlayıb və insanlar polislə qarşıdurmaya başlayıblar. Qanlı toqquşma ən azı daha bir nəfərin ölümünə səbəb olub.

 

“Beynəlxalq amnistiya” təşkilatı hər il Braziliyada polislə qarşıdurmada 2 min nəfərin öldüyünü bildirir. Budəfəki qarşıdurma son 5 il ərzində ən ciddi toqquşma sayılır.

 

 

0