Azərbaycan çempionu üçün italiyalı və portuqaliyalı
24.04.2014 - 08:25
Azərbaycan çempionu üçün italiyalı və portuqaliyalı

Bu gün Bakıda keçiriləcək futzal üzrə UEFA kubokunun yarımfinal matçlarının hakimləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa futbol qurumu “Dördlər finalı”na göndərdiyi 4 hakimi 2 oyuna bölüb.

 

Azərbaycan çempionu “Araz”ın İspaniya “Barselona”sı ilə qarşılaşması italiyalı Alessandro Malfetə tapşırılıb. Ona portuqaliyalı Eduardo Fernandes Koelyo kömək edəcək.

 

24 aprel

1/2 final

18:30. "Kayrat" (Qazaxısran) - "Dinamo" (Rusiya)

Hakimlər: Mark Birkett (İngiltərə), Borut Şiviç (Sloveniya)

“Sərhədçi” Olimpiya İdman Mərkəzi
 

21:00. "Araz" (Azərbaycan) - "Barselona" (İspaniya)

Hakimlər: Alessandro Malfet (İtaliya), Eduardo Fernandes Koelyo (Portuqaliya)

“Sərhədçi” Olimpiya İdman Mərkəzi

0