“Bu matç Azərbaycanla oyun öncəsi çox faydalıdır”
24.04.2014 - 11:42
“Bu matç Azərbaycanla oyun öncəsi çox faydalıdır”

AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan Norveç millisi indidən 2015-ci il üçün yoxlama oyunu razılaşdırıb. Apasport.az saytının məlumatına görə, Per Matias Hoqmonun yetirmələri iyunun 8-də Skandinaviya yarımadasındakı qonşuları İsveçlə üz-üzə gələcək.

 

Bu qarşılaşma Azərbaycanla görüşdən 4 gün əvvələ təsadüf edəcək. Millimizi qəbul etməzdən əvvəl Osloda baş tutacaq matç rəqibimizin hazırlığı baxımından rol oynayacaq.

 

Baş məşqçi Hoqmo da Zlatan İbrahimoviç və komandası ilə görüşü Azərbaycanla matç oncəsi vacibliyini qeyd edib: “Qonşuların dueli, xüsusilə də bizim İsveçlə görüşlərimiz artıq klassikaya çevrilib. Onların komandası çox səviyyəlidir. Bu isə həm komandamız, həm də azarkeşlərimiz üçün cəlbedicidir. İsveçlə görüşmək həm də Azərbaycanla oyun öncəsi sınaq kimi çox faydalıdır”.

 

Qeyd edək ki, Norveç – Azərbaycan oyununun keçiriləcəyi şəhər müəyyənləşməyib.

0