Sadıq Sadıqov Tahir Süleymanovun istefasına münasibət bildirdi
24.04.2014 - 12:22
Sadıq Sadıqov Tahir Süleymanovun istefasına münasibət bildirdi

“Düzdü, Tahir Süleymanov istefa ərizəsini yazıb. Ancaq tələsik qərar vermək istəmirəm. Buna baxacağıq”. Bu sözləri apasport.az saytına “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov deyib.

 

“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov uzun müddətdir işlədiyi komandadan ayrılmaq qərarına gəlib. Bu səbəbdən də ərizə ilə klub rəhbərliyinə müraciət edib.

 

Sadıqov bildirib ki, vitse-prezidentin istefa ərizəsi haqda geniş danışmaq istəmir: “Onun istefası qəbul edilə də bilər, edilməyə də. Gəlin etiraf edək ki, onun komanda üçün böyük xidmətləri olub. Bütün bunlar nəzərə alınmalıdır. Tahir cəzalı olsa da, gedib oyunumuzu izləyib. İndi maddi imkanımız yoxdur, amma ona kəsilən 20 min manatı ödəyəcəyik”.

 

Qeyd edək ki, Süleymanov istefa ərizəsini İntizam Komitəsinin onun haqqında çıxardığı 20 min manatlıq cəriməni ödəyə bilməməyi üzündən yazıb. 

0