Leroy Corc “Neftçi”yə qarşı oynamaya bilər
24.04.2014 - 15:04
Leroy Corc “Neftçi”yə qarşı oynamaya bilər

“Qarabağ”ın hücumameyilli yarımmüdafiəçisi Leroy Corc “Neftçi”yə qarşı oynamaya bilər. Apasport.az saytının klubdan əldə etdiyi məlumata görə, surinamlı futbolçu zədədən əziyyət çəkir.

 

Böyük ehtimalla, qaradərili futbolçu “Neftçi” ilə prinsipial olan görüşü buraxacaq. Baş məşqçi Qurban Qurbanov isə onun əvəzinə Vüqar Nadirovun xidmətindən yararlanacaq.

 

Qeyd edək ki, Topaz Premyer Liqasının ötən turunun “Simurq”la görüşündən ayağından zərbə aldığı üçün Leroy Corc 43-cü dəqiqədə Vüqar Nadirovla əvəz olunmuşdu.

 

0