Mark Karmona: “Araz” oynamağa imkan vermirdi
24.04.2014 - 23:41
Mark Karmona: “Araz” oynamağa imkan vermirdi

İspaniyanın “Barselona” futzal klubunun baş məşqçisi Mark Karmona UEFA Kubokunun “Dördlər Finalı”nın yarımfinalında “Araz” klubu üzərində qələbəni şərh edib. Apasport.az saytının məlumatına görə, Karmona finala çıxdıqlarına şad olduqlarını vurğulayıb.

 

Baş məşqçi bildirib ki, “Araz” aqressiv oyun nümayiş etdirib: “Çox sıx oyun nümayiş etdirirdi. Oynamaq çətin idi. Yaxşı ki, 0:1 hesabı ilə uduzanda, özümüzü ələ ala bildik. Əsasən öz səhvlərimizə görə qol buraxırdıq. Amma psixoloji cəhətdən dözə bildik. Hər iki komanda qələbə çala bilərdi. Biz çətin oyun, çoxlu sayda qol gözləyirdik. Bu, hər iki komandanın oyununun bir hissəsidir. Hətta əsas vaxtın sonunda qol buraxmağımıza baxmayaraq, yaxşı oynadığımızı bilirdik. Amma imkanlarımızı qola çevirə bilmədik. Pressinqə görə oynamaq çətin idi. Biz topa nəzarət edə bilmirdik”.

 

 

0