“Rabitə” - yeni mövsümə yeni baş məşqçi ilə!
12.05.2014 - 15:48
“Rabitə”  - yeni mövsümə yeni baş məşqçi ilə!

Azərbaycan çempionu “Rabitə” 2014/2015 mövsümünə yeni baş məşqçi ilə başlayacaq. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi “sükanı”nı yenidən Dejan Brdjoviçə həvalə edib.

 

Belə ki, 2010/2011 mövsümdə “Rabitə”yə Super Liqanın qızıl, Çempionlar Liqasının gümüş medalını qazandıran 48 yaşlı serbiyalı mütəxəssis artıq komanda ilə rəsmi müqavilə bağlayıb. Brdjoviçin qarşısına əsas hədəf kimi Avropanın ən güclüsü olmaq tapşırığı qoyulub.

 

O, bu postda vaxtı ilə köməkçisi olmuş Eldar Yusubovu əvəzləyib. Azərbaycanlı məşqçinin isə yenidən Brdjoviçlə işləyəcəyi yaxud “Telokom”da çalışacağı gözlənilir.  

 

Qeyd edək ki, 2011-ci ildə Brdjoviçin yerini həmyerlisi Zoran Qayiç tutmuşdu. Serbiyalı mütəxəssis isə Azərbaycandan getdikdən sonra yerli “Vizura” klubuna rəhbərlik edirdi. 

0