Millimiz Qızıl Avropa Liqasına hazırlaşır
15.05.2024 - 13:14
Millimiz Qızıl Avropa Liqasına hazırlaşır

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasına hazırlıqlarını davam etdirir.

Apasport.az xəbər verir ki, hazırlıq Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutub.

Baş məşqçi Fərid Cəlalovun rəhbərliyi altında voleybolçular taktiki-texniki və bərpa məşqləri keçiblər. İdmançılar həmçinin trenajor zalında çalışıblar. Hazırlıq prosesində təcrübəli oyunçularla yanaşı, gənc voleybolçular da iştirak edirlər.

Qeyd edək ki, milli komanda mübarizəyə mayın 17-də start verəcək. Mayın 17-19-da Azərbaycanda baş tutacaq ilk turda rəqiblər Rumıniya və Ukrayna yığmaları olacaq. Mayın 24-dən 26-dək Belçikada keçiriləcək ikinci turda isə milli komandamız meydan sahibi ilə yanaşı, Şimali Makedoniya yığması ilə üz-üzə gələcək. Üçüncü tur 31 may-2 iyunda Estoniyada reallaşacaq. Burada rəqiblər ev sahibi komanda və Lüksemburq olacaq.

0