Bakı klubundan “Olimpiakos”a icarəyə getdi
03.06.2014 - 15:23
Bakı klubundan “Olimpiakos”a icarəyə getdi

“Telekom”un voleybolçusu Marqarita Stepanenko karyerasını Yunanıstanda davam etdirəcək. Apasport.az saytının məlumatına görə, Bakı klubunun 20 yaşlı oyunçusu “Olimpiakos”la müqavilə bağlayıb.

 

O, Yunanıstan çempionuna 2014/2015 mövsümündə köməklik edəcək. Çünki “Telekom” Stepanenkonu icarəyə verib və bu müddət başa çatdıqdan sonra yenidən komandaya qaytaracaq. Əsas məqsəd isə voleybolçunun təcrübəsini artırmasıdır.

 

Qeyd edək ki, “Olimpiakos”u tarixin yaddaşına qovuşmuş “Lokomotiv Biləcəri”nin baş məşqçisi olmuş Con Nikolakis çalışdırır. 

0