[b]Yığmamızın oyunçusu yeni komandada![/b]
03.06.2014 - 16:26
[b]Yığmamızın oyunçusu yeni komandada![/b]

“Lokomotiv” növbəti transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, yeni mövsüm üçün güclü komanda formalaşdıran “dəmiryolçular”ın bu dəfəki transferi Azərbaycan millisindən olub.

 

Bakı klubu yığmamızda Valeriya Korotenkonun əvəzləyicisi, hazırda 1 nömrəsi hesab olunun Oksana Kiselyovanı rənglərinə bağlayıb. 22 yaşlı libero özünü yaxşı tərəfdən göstərəcəyi halda bir neçə mövsüm klubun şərəfini qoruyacaq.

 

Kiselyova “Lokomotiv”ə “Azərreyl”dən transfer olunub. 176 sm boya malik voleybolçu ölkə voleybolunun yetirməsidir və 3 il öncə gənclər yığmamızı əsas komandaya dəyişib. Oksana “Azərreyl”lə yanaşı, “Azəryol”da da oynayıb.

 

Qeyd edək ki, “Lokomotiv”in bununla da yeni transferlərinin sayı 9-a çatıb. Komanda Kiselyovaya qədər Ayşən Abduləzimova (Azərbaycan), Valeriya Russo, Valentina Arriqqetti (hər ikisi İtaliya), Karli Lloyd (ABŞ), Lisa Tomsen (Almaniya), Enn Buijs, Quinta Stenbergen (hər ikisi Hollandiya) və Evangeliya Çantavanı (Yunanıstan) da rənglərinə bağlayıb.

 

0