Məmmədyarova bacıları üçün Plovdiv sınağı
10.06.2014 - 14:47
Məmmədyarova bacıları üçün Plovdiv sınağı

İyulun 6-17-də qadın şahmatçıların şəxsi Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bolqarıstanın Plovdiv şəhərində keçiriləcək qitə birinciliyində 12 zəka sahibimiz mübarizə aparacaq.

 

Belə ki, məşqçilər korpusu yarışda Gülnar Məmmədova (2331), Xəyalə Abdulla (2233), Zeynəb Məmmədyarova (2229), Səbinə İbrahimova (2218), Nərgiz Umudova (2210), Türkan Məmmədyarova (2205), Nərmin Kazımova (2191), Nərmin Xələfova (2191), Günay Məmmədzadə (2182), Aytən Əmrayeva (2065), Nərmin Məmmədova (2019) və Nərmin Söyünlüyə (1936) şans verməyi qərara alıb. 

0