“Ölməmək üçün helikopter lazımdır”
12.06.2014 - 14:24
“Ölməmək üçün helikopter lazımdır”

Argentina millisinin sabiq hücumçusu Ernan Krespo maraqlı açıqlamalar verib. Apasport.az xəbər verir ki, o, ölkəsinin yığma komandasının dünya kubokunu qazanacağı halda, çətin günlər keçirəcəyini bildirib.
 

Krespo qeyd edib ki, argentinalılar kuboku qazansalar, öldürülməmək üçün Braziliyanı helikopterlə tərk etməlidirlər: “Argentina dünya çempionu olacaqsa, ölməmək üçün yanlarında helikopter olmalıdır. Çünki milli komandamız əzəli rəqib olan ölkədə kuboku götürüb, vətənə rahat yollana bilməz”.
 

38 yaşlı keçmiş forvard güclü bir komandaya sahib olduqlarını bildirib: “Bizim milli komandamız çox güclüdür. Yaxşı bir heyət var. Braziliyada ən iddialı ölkələrdən biriyik. 24 ildir ən yaxşı halda finala qədər gedə bilirik. İndi artıq çempion olmaq lazımdır”.

 

0