DÇ-2014: Braziliyanın uğurlu seriyaları qırıldı
18.06.2014 - 09:50
DÇ-2014: Braziliyanın uğurlu seriyaları qırıldı

Braziliyada keçirilən dünya çempionatı ev sahiblərinin bir neçə uğurlu seriyasının qırılması ilə yadda qalıb. Apasport.az saytının məlumatına görə, A qrupunun II turunda Braziliya Meksika ilə qolsuz heç-heçə etməklə, “ilk”lərə imza atıb.

Belə ki, indiyədək rəqibi ilə bir neçə dəfə üz-üzə gələn “sambaçılar” birinci dəfə meydanı qol vurmadan tərk ediblər. Onlar bundan öncəki bütün qarşılaşmalarında şimali amerikalıları cəzalandırmağı bacarmışdılar.

Həmçinin, bu heç-heçə ilə Braziliyanın 10 oyunluq qələbə seriyasına son qoyulub. Bundan əlavə, 5 qat dünya çempionları mundialda axırıncı 25 matçlarında ikinci dəfə meydanı qolsuz tərk ediblər. Onlar sonuncu dəfə Portuqaliya ilə qolsuz “sülh” bağlamışdılar.

0