Argentina 24 il sonra finalda!
10.07.2014 - 02:43
Argentina 24 il sonra finalda!

Braziliyada keçirilən futbol üzrə dünya çempionatının yarımfinal mərhələsinin ikinci matçı keçirilib. Apasport.az saytının məlumatına görə, Hollandiya və Argentina finalda Almaniyanın rəqibinin hansı komanda olacağını müəyyənləşdiriblər.

 

Oyunun əsas və əlavə olunmuş vaxtı qolsuz bərabərliklə başa çatıb. Bundan sonra matçın baş hakimi, türkiyəli Cüneyt Çakır penaltilər seriyası təyin edib. Argentinalıların qapıçısı Romero hollandların iki zərbəsini geri qaytarıb. Cənubi Amerika komandası isə bütün zərbələri dəqiq yerinə yetirib. Beləliklə, penaltilər seriyasında 4:2 hesabı ilə qələbə qazanan Argentina 24 il sonra yenidən dünya çempionatının finalına yüksəlib.

 

DÇ-2014

1/2 final

10 iyul

Hollandiya – Argentina - 0:0

Penaltilər: 2:4

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

San-Paulo. “Arena de San-Paulo”

Hollandiya: Cilessen, Vlaar, De Vrij, İndi, Blind, De Yonq, Van Persi, Sneyder, Robben, Kuyt, Vijnaldum

Argentina: Romero, Qaray, Zabaleta, Biglia, Peres, İquain, Messi, Maskerano, Demiçelis, Rojo, Lavezzi

0