“Neftçi” "Qarabağ"dan yaxşıdı
20.07.2014 - 16:41
“Neftçi” "Qarabağ"dan yaxşıdı

UEFA-nın klubların yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, siyahıda Azərbaycanın 7 komandası da yer alıb.

 

Təmsilçilərimiz arasında ən yaxşı göstərici vaxtilə Avropa Liqasının qrup mərhələsində mübarizə aparmış "Neftçi"yə məxsusdu. Paytaxt təmsilçisi 454 komanda arasında 187-ci sıradadı - 7,475 xal.

 

"Qarabağ" 6,975 xalla 197-ci, "İnter" isə  4,475 xalla 267-ci yerdədi.

 

"Xəzər Lənkəran" 3,725 xalla 298-ci, "Bakı" 2,725 xalla 349-cu, "Qəbələ" və AZAL eyni xalla (2,225) xalla 382-cidi.
 

"Qarabağ"ın UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi - Malta "Vallettas"ı 4,841 xalla 257-cidi. "İnter"in Avropa Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi İsveç "Elfsborq"u 9,965 xalla 141-ci pillədə qərarlaşıb. "Neftçi"nin bu turnirdəki rəqibi "Koper" (Sloveniya) isə 3,900 xalla 288-cidi.

 

Qeyd edək ki, Azərbaycan UEFA reytinqində hazırda 54 ölkə arasında 9,875 xalla 30-cu pillədə qərarlaşıb.

 

0