Şumaxeri evə buraxırlar
22.07.2014 - 04:00
Şumaxeri evə buraxırlar

“Formula-1” yarışları üzrə 7 dəfə dünya çempionu Mixael Şumaxer yaxın günlərdə xəstəxanadan buraxıla bilər. Apasport.az saytının məlumatına görə, 45 yaşlı alman pilot bundan sonra müalicəni ev şəraitində davam etdirəcək.

 

Xatırladaq ki, Şumaxer təxminən 7 ay komadan qalandan sonra ayılıb və onu Qrenobldakı reanimasiyadan Lozannadakı bərpa mərkəzinə köçürüblər. Bu bərpa mərkəzi Şumaxerin evinin yaxınlığındadır. Pilotu müalicə edən həkim bildirib ki, Mixaelə qulluq etmək çətin olacaq: “Amma belə xəstələr üçün bu addım ən optimal həll yoludur”.

 

 

0