Asim Xudiyev Belarusa gedəcək
22.07.2014 - 16:09
Asim Xudiyev Belarusa gedəcək

Azərbaycanlı hakim-inspektor Asim Xudiyev cari mövsüm ikinci dəfə Avroliqa turnirinə təyinat alıb. Apasport.az saytının məlumatına görə, o bu dəfə Belarusun Soliqorsk şəhərinə yollanacaq.

 

Belə ki, iyulun 24-də Avroliqanın II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Soliqorskun “Stroitel” stadionunda “Şaxtyor” – “Derri” (İrlandiya) oyununun hakim-inspektoru Asim Xudiyev olacaq. Bu qarşılaşmanın referisi isə bosniyalı Elmir Pilavdır.

 

Qeyd edək ki, o, iyulun 10-da Qazaxıstanda “Astana” – “Pünik” (Ermənistan) (2:0) matçında hakim-inspektor kimi iştirak etmişdi. Asim Xudiyev onda bu gün “Qarabağ” – “Valletta” matçını idarə edəcək belaruslu Sergey Tsinkeviçin işinə qiymət vermişdi.

0