Çempionlar Liqasında daha 6 oyun - YENİLƏNİB
24.07.2014 - 00:32
Çempionlar Liqasında daha 6 oyun - YENİLƏNİB

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, cavab oyunları çərçivəsində 6 qarşılaşma baş tutub.

 

Azərbaycan çempionu “Qarabağ” bir gün əvvəl mərhələ adlasa da, bu gün də təmsilçimiz meydana çıxıb. Belə ki, FİFA referisi Əliyar Ağayev Qazaxıstanda keçiriləcək “Aktobe” – “Dinamo” (Gürcüstan) qarşılaşmasında ədaləti qoruyub. Ona elə azərbaycanlılardan ibarət hakimlər briqadası kömək edib.

 

Qeyd edək ki, cavab oyunlarının 11-i bir gün əvvəl keçirilib.

 

Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunları

23 iyul
“Aktobe” (Qazaxıstan) -
“Dinamo” (Gürcüstan) - 3:0

İlk oyun - 1:0

“Ventspils” (Latviya) - “Malmö” (İsveç) - 0:1

İlk oyun - 0:0

HİK (Finlandiya) - “Rabotniçki” (Makedoniya) - 2:1

İlk oyun - 0:0

“Styaua” (Rumıniya) - “Stromsqodset” (Norveç) - 2:0

İlk oyun - 1:0

“Maribor” (Slovaniya) - “Zrinski” (Bosniya və Herseqovina) - 2:0

İlk oyun - 0:0

“Sent Patriks” (İrlandiya) - “Legiya” (Polşa) - 0:5

İlk oyun - 1:1

 

0