AZAL Superliqanın debütantına qarşı - YENİLƏNİR
23.07.2014 - 16:44
AZAL Superliqanın debütantına qarşı - YENİLƏNİR

Türkiyənin Bolu vilayətində hazırlıqlarını davam etdirən AZAL bu gün qardaş ölkədə 3-cü yoxlama oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, “təyyarəçilər” yerli “Balıkəsirspor”la qarşılaşacaq.

 

1966-cı ilin iyunun 6-da yaradılmış Balıkəsir klubu Türkiyə Superliqasının debütantıdır. Baş məşqçi İsmail Ərtəkin ötən mövsüm I dəstədə komandasını II edərək birbaşa elitaya vəsiqə qazandırıb. AZAL ilə oyun “qırmızı-ağlar”ın ikinci sınaq matçı olacaq. Qarşılaşmanı Türkiyənin “Sev” radiosu dinləyicilərinə canlı çatdıracaq.

 

Qeyd edək ki, AZAL bundan öncə Bakıda tələbələr yığmasını və “Rəvan”ı 3:0 hesabları ilə məğlub etsə də, “Neftçala”ya 1:2 hesabı ilə yenilib. Türkiyədə isə İran U-21-i ilə (2:2) və Superliqanın daha bir debütantı “Mersin İdmanyurdu” (2:1) ilə yoxlama oyunları keçirilib.

 

23 iyul

Yoxlama oyunu

19:00 “Balıkəsirspor” (Türkiyə) – AZAL (Azərbaycan)

Türkiyə. “Bolu Termal” otelinin meydançası

 

 

0