İbrahim Şehiç: Bizim üçün çox çətin olacaq - MÜSAHİBƏ
23.07.2014 - 17:00
İbrahim Şehiç: Bizim üçün çox çətin olacaq - MÜSAHİBƏ

Çempionlar Liqasının II təsnifat mərhələsində Maltanın “Valletta” klubuna qalib gələn “Qarabağ”ın qapıçısı İbrahim Şehiçin apasport.az saytına müsahibəsi

 

- “Valletta”nı 4:0 hesabı ilə məğlub etdiniz. Bu oyun haqqında fikirlərinizi bildirərdiniz…

- Artıq növbəti mərhələdəyik. Çempionlar Liqasina uğurlu başladıq. Bu bizim üçün bir stimuldur. İlk mərhələdə qapımdan qol buraxmadım. Bu mənim üçün də yaxşı nəticə sayılmalıdır. Belə davam etməliyik. 4:0 yaxşı qələbədir. İnanıram ki, uğurumuzun ardı gələcək.

 

- Artıq növbəti mərhələdə haqqında düşünə bilərsiniz. “Zalsburq”u tanıyırsınız?

- Mənim onlar haqqında çox məlumatım yoxdur. Bəzi futbolçularını tanıyıram. Onların bəzilərini gənclərdən ibarət milli komandalardan tanıyıram. Sloveniyadan bir oyunçu var heyətlərində. Xonatan Sorianonu tanıyıram. Çox güclü futbolçudur. Ümumiyyətlə “Zalsburq” yaxşı komandadır. Bizim üçün çox çətin olacaq. Amma növbəti mərhələyə keçməyə çalışacağıq.

 

- “Qarabağ”ın “Valletta”dan birbaşa üstün olduğu ilə razısınız?

- Yox, rəqibi kiçiltmək olmaz. Onlar da yaxşı komanda idilər. Amma biz daha yaxşı oynadıq və qələbə qazanıb növbəti mərhələyə keçdik.

 

- Rəqibdən açıq-aşkar üstün olduğunuz görünürdü…

- Biz hesabı erkən açdıq. Bu da müəyyən mənada bizə yaxşı təsir etdi. Həmçinin özümüzdə yaxşı top saxlayırdıq. İstədiyimizə nail olduq. Ardını gətirmək lazımdır. Artıq “Zalsburq”la oyunları düşünməyə başlayacağıq, rəqibimizi analiz edəcəyik. Çalışacağıq ki, yenə azarkeşlərə sevinc bəxş edək.

 

- Bu oyunda istirahət etdiniz...

- Hər halda bu futbolçularımızın daha yaxşı oynamasının nəticəsi idi. Onlar rəqibə qapıya zərbə vurmağa imkan vermədilər.

 

- Azarkeşlər haqqında nə deyə bilərsiniz?

- Sevinirəm ki, azarkeşləri xoşbəxt etdik. Stadiona belə olanda oynamaq çox rahatdır. Deyəsən  bu gün Azərbaycan çempionatında mövsüm ərzində bütün oyunlara gələn azarkeşlər burda toplaşmışdı.

 

Elsevər MƏMMƏDOV

0