Tuyqun Nadirov: Gülünc bəhanə gətirirlər - MÜSAHİBƏ
23.07.2014 - 22:23
Tuyqun Nadirov: Gülünc bəhanə gətirirlər - MÜSAHİBƏ

“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirovun müsahibəsi

 

- Komandanın durumunu sizin dilinizdən öyrənək...

- Mövsüm bitəndən sora Oğuz Çətin komandanın baş məşqçi vəzifəsinə təyin edildi, o isə həm məşqçi, həm də futbolçu heyətini formalaşdırır. Uğurlu iş getdiyini hesab edirəm. Seleksiyaçı məşqçimiz Mario Souza seçdiyi bir çox oyunçuları məşqçiyə təqdim etdi. Oğuz Çətin onlarlabağlı qərarını verməklə yanaşı yerli transferlərə diqqət ayırdı. Rauf Əliyev, Rəşad Sadiqov, Əfran İsmayılov və Aleksandr Şemonayev artıq bizimlədi, digər tərəfdən aşağı yaş qrupundan olan komandalarımızdan 6 futbolçunu hazırlığa qatmışıq. Onlardan heç olmasa, 2-3-nün gücümüzə güc qatacağına inanırıq.

 

- Yerli oyunçu  transferinə cox önəm verdiz. Deyəsən, “Xəzər Lənkəran” yenə birvaxtlar olduğu kimi ən güclü heyətini yığır.

- Komanda çempionluq uğrunda mübarizə aparırsa, bütün göstəricilərdə güclü olmalıdı.

 

- Deməli, legioner transferində də bu yolu tutmusuz...

- Demək olar ki, məşqçi istədiyi futbolçuları aldırdı, istədiyi mövqeləri gücləndirdi. Hamısı bxılıb, seçilib, tam məşqçinin istədiyi heyət qurulub. Yeni gələn də “Xəzər Lənkəran”ın tələblərinə cavab verən oyunçulardı. Məqsəd odur ki, komanda çempion olsun.

 

- Yerli oyunçu transferlərini nisbətən asan həll etməyinizdə “Bakı”nın durumunun pisləşməsinin də böyük rolu oldu...

- Bilirsiz necədi? Məsələn, Rauf elə oyunçudu ki, daim “Xəzər Lənkəran”ın maraq dairəsində olub. O, hətta “Qarabağ”dan ayrılanda da bizim onu gətirmək imkanımız var idi. Sadəcə, o vaxt məşqçilər üstünlüyü legionerlərə və digər yerli oyunçulara verdilər. Azərbaycanda elə bir futbolçu yoxdu ki, onu transfer etmek mümkün olmasın. Lakin hər şeyin öz qiyməti var. Amma bu transferin reallaşmasının “Bakı”nın durumu ilə bir əlaqəsi yoxdu. Çünki paytaxt klubunda problemlər baş qaldırmamış da biz onlara Əliyevlə bağlı müraciət etmişdik. Sadəcə, həlledici amil baş məşqçinin Raufun transferində israr etməsi, prezidentdən onun alınmasını çox istəməsi oldu.

 

- Futbolçulara xərclənən pullardan danışırıq. Halbuki transferlərə edilən ödənişləri azaltmaq üçün öz yetirmələrinizi üzə çıxartmanız da vacib idi. Amma ötən 10 ildə bu baxımdan ciddi irəliləyiş yoxdu.

- “Xəzər Lənkəran” həmişə yerli məçqçilərə üstünlük verib. 10 ildi klub yaranıb, 9 ildi də uşaq məktəbi. Bütün tələblərər cavab verən akademiyamız var. Bu 9 il ərzində “Xəzər Lənkəran”ın əsas heyətində yerli gənclər də oynayıb. Amma başqaları kimi hər hansı klubun oyunçusunu pul verib gətirib, öz akademiya uşağımız kimi təqdim etməmişik. Nə var özümüzünküdü. Məsələn, Orxan Sadıqlı 12 yaşından gəlib “Xəzər Lənkəran”ın heyətində formalaşan futbolçudu. Elnur Cəfərov və başqaları da var. Say bu ildən daha da artacaq. Biz qışda minimal sayda əcnəbi transferi həyata keçirdik. Bu da ona görədi ki, “Xəzər Lənkəran” klub olaraq öz yolunu davam etdirir.

 

- Orxandan başqa daim əsas heyətdə olan yerli gənclərdən kimsə yoxdu axı. Onlar yetişsə də əsas heyətə düşə bilmirlər...

- Bilirsiz, baş məşqçıdən cox şey asılıdı. Məşqçi elə edə bilər ki, aşağı yaş qrupunda olan futbolçuya şans versin, şərait yaratsın ki, Orxan kimi digərləri də özünü sübut etsin. Biz rəhbərlik olaraq meyar kimi məşqçinin qarşısına tələb qoya bilərik ki,belə olmalıdı, amma gərək onda çempionluq, kubok istəməyək. Təbii ki, gənclərin yetişməsi də vacibdi, amma çempionluq bizə daha çox lazımdı.

 

- Amma 10 ildə cəmi bir dəfə çempion olmusuz axı...

- Azərbaycanda klublar var ki, “Xəzər Lənkəran”dan az pul xərcləmir, amma çempion da ola bilmirlər. Buzum çempion olmamağımızın obyektiv və subyektiv səbəbləri var. Ən əsası, ədalətsiz hakimlik. “Xəzər Lənkəran” çempion olubsa, bütün haqqıyla, bacarığıyla çempion olub . Komandamız neçə dəfə 2-ci yeri tutub və bu yer “Xəzər Lənkəran” üçün çempionluq kimi bir şeydi, çünki daha artığına gücümüz çatdığı halda bizi gümüş medalla kifayətləndiriblər. Qazandığımız kuboku, superkuboku, “Birlik kuboku”nu da nəzərə alsaq, qısa vaxtda çox iş görmüşük. Əsas  məsələ klub kimi formalaşmaqdı, nəyin bahasına olursa olsun çempion olmaq yox. Layiqli çempion olmaq lazımdı.

 

- “Xəzər Lənkəran” xüsusilə layiqli, çılğın azarkeşlərinə görə hər il çempionluq üçün mübarizə aparmağa məhkumdu.

- “Xəzər Lənkəran”ın  çempion olmasi üçün cempion prezidentdən ,vitse-prezidentdən savayı çempion heyəti və çempionluğu reallaşdıran belə ruhlu məşqçisi olmalıdı. Bizə Ağasəlim Mircavadovdan başqa çempion məşqçi gəlməyib. İnşallah Oğuz Çətin də çempion məşqçi olacaq. Mən bu işi sırf məşqçilərin öhdəsinə buraxıram.

 

- Dənizli, Toşak da çempion məşqçilər idi.

- Mən Azərbaycanda, “Xəzər Lənkəran”da çempion olmuş məşqçiləri nəzərdə tuturam.

 

- Amma indi komandanı karyerasında heç bir uğuru olmayan məşqçiyə tapşırmısız. Çempionluq şansı risk altında deyil?

- Biz ona güvənirik. İstədiyi heyəti yığmasını təmin etmişik. Çempion məşqçi olmaq üçün hər cür imkanı var.

 

- Ümumiyyətlə, niyə Çətini seçdiz? Ötən mövsüm Dənizlinin olmadığı matçlarda əvəzedici kimi ümidi doğrultduğu üçün?

- ...Həm də komanda daxilində adekvat addımlar atdığına görə. Hər bir insana şans vermək lazımdı. Mən hesab edirəm ki, klubumuzun prezidenti və fəxri prezidenti səlahiyyəti Oguz Çətinə veribsə, hər şey uğurlu olacaq. Çünki rəhbərliyimizin seçiminə inamım böyükdü. Yeri gəlmişkən, Mirça Rednikin vaxtında yüzdəyüz çempion ola bilərdik, amma özünüzdə bilirsiz ki,hətta kuboku nə çətinliklə əldə etdik. Bir oyunda hətta iş o həddə çatdı ki, qapımıza 2 dəfə haqsız penalti verildi. Təkcə onun vaxtşnda deyirdim ki, o məşqçi “Xəzər Lənkəran”da çempion olası məşqçi idi, sadəcə, suni maneələr yaradıldı. İndi isə Çətin üçün hər şəraiti yaratmışıq. Belə şəraitdən istifadə edənlər də olub, istifadə etməyənlər də.

 

- Amma ümidi doğruldanlar həmişə yerlilər olub. Yeganə çempionluğu Mircavadov qazanıb, avrokuboklarda mərhələ aşmaq tilsimini də Yunis Hüseynov qırıb.

- Azərbaycanda yaxşı məşqçilərin olduğu danılmaz faktdı. Ancaq baş məşqçi təkcə komanda idarə etməməlidi, həm də bacarıb rəhbərlikdən istədiyini almalıdı. Məşqçi söz sahibi ola bilmədisə, uğur qazanmayacaq. Vitse-prezident olaraq calişmışam ki, fəxri prezident, prezident və baş məşqçinin olduğu yerdə arada dayana şəxs olmayım, birbaşa istəklərini çatdırsınlar, istədikləri transferləri etsinlər. Bizim işimiz odur ki, icraçı orqanın rəhbəri  olaraq deyilənləri yerinə yetirək. Yeganə cempionluq Mircavadovun vaxtında qazanılıbsa, demək bunu bacarıb.

 

- Deməli, digər məşqçilərin komandaya xeyri olmayıb?

- “Xəzər Lənkəran”a gəlmiş bütün məşqçilərə çox böyük hörmətim var və onlar hamısı böyük adlardı. Onların hamısının bizə müəyyən faydası dəyib. Toşak superkubik qazandısa, Dənizlinin sayəsində də Çətini qazandıq. Bundan başqa, Mustafa hoca komandaya uğur qazandıra bilməyib, amma nəinki “Xəzər Lənkəran”a, Azərbaycan futboluna fayda verib getdi. Mustafa Dənizlinin istəyi ilə 21-23 yaş söhbətinə yenidən baxildı. O iclasın təşəbbüskarı Dənizli oldu. Sağ olsun, AFFA-nın baş katibi də futbolumuzun səhv istiqamətdə inkişaf etməməsi üçün bu iclası reallaşdırdı.

 

- Amma Dənizli komandaya maliyyə cəhətdən böyük ziyan vurdu. Yanlış transferlərə nə qədər xərclədiz?

- Başqasının pulunu saymaq yaxşı deyil. Klubun sahibi Dənizli ilə işləməyə qərar vermişdi və belə də oldu. İndi də Oğuz Çətinə, öz rəhbərlərimin seçiminə inaniram. Onun üzərində dayanıblarsa, deməli, əlimizdən gələni etməliyik ki, komanda uğur qazansın.

 

- Hələ də qapıçı axtarırsız. Orxan Sadıqlıya tam etibar yoxdu?

- Əvəzedici qapıçı gələcəksə, onun Orxana faydası var. Yaxşı legioner Sadıqlının da inkişafında rol oynayacaq. Necə ki, bundan vaxtilə Kamran Ağayev faydalandı.

 

- Amma siz “Bakı”nın qapıçısı Aqil Məmmədovla danışıq aparırsız.

- Aqillə “Xəzər Lənkəran” futbol klubunun heç bir danışığı olmayıb - bunu sizə tam əminliklə deyirəm. Yeni qapıçımız yerli də ola bilər. Bu, sırf baş məşqçinin istəyinə bağlı bir şeydi. Ancaq Orxandan daha təcrübəli qapıçı axtarırıq.

 

- Sadio Tounkara və Etame Mbilla ilə bağlı problem yoluna qoyuldumu?

- Etamenin aile problemi vardı, bunu əsas gətirərək bizdən möhlət istəmişdi. İndi artıq düşərgədədi. Tounkara isə hələ də vətənindədi. Yaxınlarda ailə qurub. Gəlmək istəmir, yoxsa ailəsi qoymur – bilmirəm. Özü, nümayəndələri əlaqə saxlayıb müxtəlif gülünc bəhanələr gətirirlər, yəqin cibində 5-10 manat pulu var, ona görə belə edir. Pul qutarandan sonra isə oynamaq lazimdi. Toplanıçda olmadığı üçün cərimələnəcək. Brazilyalı, afrikalı futbolçularla belə problemlər artıq adiləşib. Amma Tounkara nə edirsə, özü özünə edir. Onu keçmiş klubundan almışıq, müqavilə bağlamışıq, bizimlə anlaşması davam edir. 10 il bundan əvvəl  futbolçuda, klubda və federasiyaya göndərilən müqavilələrdə fərqli tarixlər, məbləğlər göstərilirdi, belə hallar olurdu. İndi o zəmanə deyil. FİFA-nın tətbiq etdiyi elektron sistem var, hansısa saxtakarlıq mümkünsüzdü ki, Tounkasra da nəyisə bəhanə etsin. Bir futbolçunu transfer etməmiş onun federasiyasına və keçmiş klubuna sənədlər göndərirəm, o sənəddə açıq-aydın göstərirəm ki, onunla hansı məbləğə,müddətə müqavilə bağlayıram. Futbolçu müqavilə imzalamamış artıq onun və mənim federasiyam və onun gəldiyi klub hər şeyi bilir. Sonra o qaydaları heç kim dəyişə bilməz. Əslində, Tounkaranın qayıtmayacağını mayda bilirdik. O zaman lazım olan işlər görmüş, operativ şəkildə məktub göndərmişdik. Ona işlərini qaydasına qoyması üçün vaxt vermişdik. O, xəbərdarlığımıza məhəl qoymadı, toplanışlara qtılmadı. Belədə ondan şikayət etməyimiz tam normaldı. Bilirəm ki, səhvini başa düşüb dönəcək, başqa seçimi də yoxdu.

 

- Avrokuboklarda iştirak edən komandalarımızın çıxışını necə dəyərləndirirsiz?

- “Qarabağ” və “İnter” davam edəcəklər. Onların yaxşı çıxış etməsinin ortaq səbəbi var ki, bu da sabitlikdi. Bu klublardakı məşqçi heyəti neçə vaxtdı iş başındadı, bu, danılmaz faktdı. Fikirimcə, eyni məşqçi 1, 2, 3, 4 il çalışsa, “Xəzər Lənkəran” da qarşısına qoydiğu məqsədə nail olacaq.

 

- Bu komandaların uğuru həm də onu göstərir ki, ötən mövsüm komandalar layiq olduqları yeri tutublar...

- Məncə, hə. 10 il bundan  əvvəl çempionatın səviyyəsi,orada baş verən hadisələrdaha pis idi. Hər yerdə inkişaf mərhələ-mərhələ, illər xərcləndikcə, təcrübə artdıqca gedir. Birdən-birə hər şey yaxşı ola bilməzdi. Biz inkişaf dövrünü yaşayırıq, elə çempionatımız da. Əsas odu ki, hər şey yaxşılığa doğru gedir. Gənc hakimlərin işə cəlb edilməsi yaxşı haldı, indi qərəz daha azdı.

 

futbolinfo.az 

0