“Borussiya”nın məşqçisi süpürgə yeməyə söz verdi
23.07.2014 - 23:39
“Borussiya”nın məşqçisi süpürgə yeməyə söz verdi

 

Dortmund “Borussiya”sının baş məşqçisi Yurqen Klopp müdafiəçi Mats Hummelsin “Mançester Yunayted”ə keçidi barədə informasiyanı təkzib edib. Apasport.az saytının məlumatına görə, o, bu transferin baş tutacağı təqdirdə süpürgə yeməyə söz verib.

 

Qeyd edək ki, İngiltərə mətbuatı Almaniya millisinin tərkibində dünya çempionu olan Hummelsin “MY”yə keçidinin artıq həll olunduğunu və transferin 20 milyon avroya başa gəldiyini iddia edirdi. Klopp isə bunu qətiyyətlə təkzib edib: “Əgər bu indiyə qədər eşitdiyim ən axmaq xəbər deyilsə, mən süpürgə yeyərəm”.

 

“Borussiya”nın icraçı direktoru Hans-Yoahim Vatske isə bildirib ki, klub artıq bu mövsüm hansısa futbolçu ilə vidalaşmağı planlaşdırmır.

 

 

0