Neymar məşqləri avqustda bərpa edəcək
24.07.2014 - 06:43
Neymar məşqləri avqustda bərpa edəcək

“Barselona”nın braziliyalı hücumçusu Neymar onurğasındakı zədədən sonra yenidən meydana qayıdır. Apasport.az saytının məlumatına görə, futbolçu avqustun əvvəlindən məşqlərə başlayacaq.

 

Yerli mətbuatın yazdığına görə, dünya çempionatı zamanı onurğası qırılan Neymarın müalicəsi plan üzrə davam edir. Braziliya yığmasının həkimi Xose Luis Ronko bildirir ki, hücumçu 45 gündən sonra tam sağala bilər.

 

Mundialda keçirdiyi 5 oyunda 4 qol vuran Neymar Braziliyada müalicə olunur.

 

 

0