[b]“Neftçi” öz oyununu göstərsə...”[/b]
24.07.2014 - 08:53
[b]“Neftçi” öz oyununu göstərsə...”[/b]

“Neftçi” öz oyununu göstərsə, onlarla ayaqlaşmağımız çətindir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Sloveniyanın “Koper” klubunun baş məşqçisi Rodolfo Vanoli deyib.

 

Avropa Liqasının II təsnifat mərhələsinin “Neftçi” ilə cavab oyunu ərəfəsində mətbuat konfransı keçirən mütəxəssis Azərbaycan kubokunun qalibi haqda yüksək fikirdə olduğunu bildirib: “Bu üzdən də Bakıda onlara qarşı intizamlı oyun göstərdik. Rəqibimizin bizdən güclü olduğunu bilirik. Lakin mənim komandam ürəklə oynayır və biz azarkeşlərimizi sevindirmək istəyirik”.

 

Qeyd edək ki, “Koper” Bakıda 2:1 hesabı ilə qalib gəlmişdi.

0