Azərbaycan prezidenti Bakı Olimpiya Stadionunda
24.07.2014 - 13:16
 Azərbaycan prezidenti Bakı Olimpiya Stadionunda
Azərbaycan prezidenti İlham Əliyev Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanış olub. APA-nın məlumatına görə, dövlət başçısına məlumat verilib ki, 70 minə yaxın tamaşaçı tutumuna malik stadion müasir memarlıq üslubu ilə seçiləcək və bu tipli idman qurğuları sırasında özünəməxsus yer tutacaq.

 

Beynəlxalq standartlar əsasında tikilən stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur inşa ediləcək. Əsas və köməkçi stadionlardan və mexaniki binadan ibarət olacaq bu idman qurğusunda VIP, CIP, media, habelə əlil tamaşaçılar üçün bölmələr nəzərdə tutulub.

 

Sonra Azərbaycan prezidenti Böyükşor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası ilə bağlı görülən işlərlə maraqlanıb.

 

Dövlət başçısı həmçinin paytaxtın Həsən Əliyev küçəsi-Ziya Bünyadov prospekti-Olimpiya Stadionu avtomobil yolunda inşaat işlərinin gedişi ilə tanış olub. Burada prezident İlham Əliyevə 18 kilometrlik Bilgəh-Novxanı-Şamaxı-M4 birləşməsi avtomobil yolunun yol qovşaqlarının və piyada keçidlərinin tikintisi barədə məlumat verilib. 

0