[b]“Ölən” millimiz dirildi[/b]
24.07.2014 - 16:00
[b]“Ölən” millimiz dirildi[/b]

Qadın həndbolçulardan ibarət Azərbaycan millisi beynəlxalq arenada çıxışını bərpa edib. Apasport.az saytının məlumatına görə, millimiz 2015-ci ildə Danimarkada keçiriləcək dünya çempionatının seçmə mərhələsində mübarizə aparacaq.

 

Avstriyanın paytaxtı Vyanada mundialın Avropa zonası üzrə I mərhələsinin püşkü atılıb. Son Avropa çempionatına qatılmayan komandamız da burada çıxış edən yığmalar arasında yer alıb. Püşk milliləri ikisində 4, ikisində 3 komanda olmaqla, 4 qrupa bölüb. Həndbolçularımız Çexiya və Litva ilə sonuncu qrupda yer alıb.

 

Yarışın I turu oktyabrın 8-12-də, II turu noyabrın 26-30-da, III turu 3-6 dekabrda baş tutacaq. Əgər eyni qrupda yer alan komandalar qüvvələrini ev-səfər prinsipi ilə deyil, bir ölkədə toplaşıb oynamaq istəsə onlar 26-30 noyabr və ya 3-6 dekabrda ən güclünü müəyyənləşdirməlidir.

 

Reqlamentə əsasən, yalnız qrup qalibləri – pley-offa vəsiqə qazanacaqlar. Həmin mərhələnin püşkatması isə dekabrın 21-də olacaq.

 

Qeyd edək ki, yığmamızın beynəlxalq arenada son çıxışı Avro-2013-ün seçmə mərhələsində olmuşdu.

0