“Elfsborq”un hücumçusu: Hakimlik haqqında isə danışmaq istəmirəm
25.07.2014 - 12:11
“Elfsborq”un hücumçusu: Hakimlik haqqında isə danışmaq istəmirəm

“Əzmkarlıq göstərdik və qələbə qazandıq”. Apasport.az xəbər verir ki, bu sözləri İsveçin “Elfsborq” klubunun hücumçusu Lasse Nilsson deyib.

 

Avropa Liqasının II təsnifat mərhələsində Bakıda “İnter”ə penaltilər seriyasında qalib gəlməklə mərhələ adlayan isveçlilərin futbolçusu komandasının qələbəyə layiq olduğunu bildirib: “Komandamız qələbəyə layiq idi. “İnter” yaxşı komandadır. Amma biz öz gücümüzü göstərdik. Penaltilər seriyasında da olsa, mərhələ adlamağı bacardıq. Hakimlik haqqında isə danışmaq istəmirəm. Onların necə oyun idarə etdiyini hər kəs gördü. Məncə, normal idarəçilik idi”.

 

Qeyd edək ki, qarşılaşmada 1:0 hesabı ilə qalib gələn isveçlilər penaltilər seriyasında 4:3 hesabı ilə qalib gəlib.

 

0