Qvardiola: Bizə daha bir qapıçı lazımdır
26.07.2014 - 05:29
Qvardiola: Bizə daha bir qapıçı lazımdır

 

“Bavariya”nın baş məşqçisi Xosep Qvardiola komandanın transfer siyasəti barədə danışıb. Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis gurultulu transfer etməyəcəklərini, amma daha bir qapıçı alacaqlarını vurğulayıb.

 

“Bavariya” yeni mövsüm öncəsi Xuan Bernat, Robert Levandovski və Sebastyan Rodeni sıralarına qatıb. Onların hamısı yaxın günlərdə Hamburqda keçiriləcək Telekom Kubokunda çıxış edəcəklər.

 

Qvardiola daha bir qapıçıya ehtiyaclarının olduğunu vurğulayıb: “Biz Manuel Noyer və Tom Ştarkeni sığortalamalıyıq. Hazırkı futbolçulardan isə razıyam”.

 

 

0