“Çixura” “Neftçi” ilə matçın vaxtını açıqladı
26.07.2014 - 12:27
“Çixura” “Neftçi” ilə matçın vaxtını açıqladı

Avropa Liqasının III təsnifat mərhələsindən “Neftçi”nin “Çixura” ilə cavab görüşünün başlama saatı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakı klubunun Gürcüstan təmsilçisi ilə oyunu avqustun 7-də yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 22:00) start götürəcək.

 

Matç Tiflisdə Mixail Mesxi adına stadionda keçiriləcək.

 

Qeyd edək ki, “Neftçi” rəqibini iyulun 31-də saat 20:00-da qəbul edəcək.

0