“Liverpul”un 2 oyunçusu fast-foodda satıcı oldu
27.07.2014 - 16:11
“Liverpul”un 2 oyunçusu fast-foodda satıcı oldu

 

“Liverpul” futbol klubunun iki oyunçusu Bostondakı fast-food şəbəkəsində bir günlük satıcılıq edib. Apasport.az saytının məlumatına görə, hazırda ABŞ-da mövsüm öncəsi hazırlıq mərhələsi keçən komandanın oyunçuları – Deniel Starric və Cordan Henderson piştaxta arxasına keçiblər.

 

Futbolçular klubun və fast-food şəbəkəsi arasında tərəfdaşlıq müqaviləsi çərçivəsində sıravi əməkdaşlar qismində buterbrodlar hazırlayıblar. Əsas satıcı kimi hücumçu Starric çıxış edib. Yarımmüdafiəçi Henderson isə ona kömək edib.

 

Bir günlük satıcıya çevrilən futbolçular iş günündən sonra restoranın müştəriləri ilə şəkil çəkdiriblər və onlara avtoqraf veriblər.

 

 

0