“Bakıdakı oyuna tam köklənsək, yaxşı nəticə əldə edəcəyik”
28.07.2014 - 13:13
“Bakıdakı oyuna tam köklənsək, yaxşı nəticə əldə edəcəyik”

“Bundesliqanın 2-ci oyununda azlıqda qalmağımız hiss olunmadı Komandamın sərgilədiyi kollektiv oyundan məmnunam”. Apasport.az saytının məlumatına görə, bunu Avstriyanın “Zalsburq” klubunun baş məşqçisi Adi Hütter deyib.

 

O bildirib ki, ölkə çempionatının “Viener Neuştadt”la qarşılaşmasında 5:0 hesabı ilə qalib gələn yetirmələrindən razıdır. Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan avstriyalıların çalışdırıcısı iyulun 30-da Bakıda keçiriləcək oyundan da danışıb: “Topla belə oyundan razı qalmamaq mümkün deyil. Bunu Bakıda da bacarsaq, oyunumuz yaxşı alınacaq. Bizim üçün səfər oyununda ən vacib olanı konsentrasiyadı. Qarşılaşmaya tam köklənsək, yaxşı nəticə əldə edəcəyik. Düzdür, bizi yorucu səfər gözləyir. Həm də saat fərqi hiss oluna ilər. Lakin çalışacağıq ki, buna uyğunlaşaq”.

0