“Xəzər Lənkəran” qayıdır
29.07.2014 - 09:01
“Xəzər Lənkəran” qayıdır

Sloveniyadakı təlim-məşq toplanışını başa vuran “Xəzər Lənkəran” hazırlıqlarını başa vurub. Apasport.az saytının məlumatına görə, bu gün Balkan yarımadasını tərk edən cənublular əvvəl Xorvatiya, oradan da Türkiyəyə yollanacaq.

 

Zaqreb-İstanbul-Bakı reysi ilə vətənə dönəcək Lənkəran təmsilçisi bununla da yeni mövsümün ölkə xaricindəki hazırlıqlarını tamamlayıb. Əvvəl Türkiyə, ardınca Sloveniyada toplanış keçən Oğuz Çətinin yetirmələri iyulun 30-da saat 2:00-da Bakıya çatacaq.

 

İyulun 8-dən Sloveniyada məşq edən təmsilçimiz 3 həftəlik toplanış çərçivəsində 4 yoxlama oyunu keçirib. Hazırlıq çərçivəsində Ukrayna “Karpatı”sı (2:1), Latviya “Yurmala”sı (3:1), Serbiya “Rad”ı (2:2) və Rusiya “Arsenal”ı (2:1) ilə qarşılaşan “Xəzər Lənkəran” Sloveniyanı məğlubiyyətsiz tərk edir.

 

Bakıya qayıtdıqdan sonra “Modern” otelində məskunlaşacaq komandaya 2 günlük istirahət veriləcək. Bundan sonra isə cənublular Topaz Premyer Liqasının I turunun AZAL-la qarşılaşmasına hazırlaşacaq.

0