Ünal Aysal: Sneyder “Qalatasaray”da qalır
30.07.2014 - 05:10
Ünal Aysal: Sneyder “Qalatasaray”da qalır

 

Hollandiya millisinin futbolçusu Uesli Sneyder “Qalatasaray”ın heyətində çıxışını davam etdirəcək. Apasport.az saytının məlumatına görə, bu barədə klubun başqanı Ünal Aysal bəyanat verib.

 

Qeyd edək ki, bundan əvvəl Sneyderin dünya çempionatından sonra İstanbul klubunu tərk edəcəyi iddia olunurdu. Onunla “Mançester Yunayted”, “Çelsi”, “Monako” kimi klubların maraqlandığı iddia edilirdi.

 

Aysal isə bu iddiaların hamısını rədd edib: “Sneyder “Qalatasaray”da qalmaq niyyətindədir. Bu təkcə bizim deyil, eləcə də baş məşqçi Çezare Prandellnin, həmçinin futbolçunun özünün fikridir. Bizim aramızda parçalanması barədə söhbət belə ola bilməz. O, yorucu mövsüm keçirib və çempionat bitən kimi mundiala yollanıb. Məzuniyyəti bitən kimi komandaya qoşulacaq”.

 

Sneyder 2013-cü ildən “Qalatasaray”ın formasını geyinir. 30 yaşlı yarımmüdafiəçinin İstanbul klubu ilə müqaviləsi 2016-cı ilə qədər nəzərdə tutulub.

 

 

0