Riçard Almeyda: Sәrfəli nәticә qazanmağa çalışacağıq
30.07.2014 - 08:00
Riçard Almeyda: Sәrfəli nәticә qazanmağa çalışacağıq

“Oyuna yaxşı hazırlaşmışıq. Bütün futbolçular bu matçın mәsuliyyәtini dәrk edir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Riçard Almeyda deyib.

 

Braziliyalı futbolçu Çempionlar Liqasının III təsnifat mərhələsinin Avstriya “Zalsburq”u ilə ilk oyunu ərəfəsində təşkil olunan mətbuat konfransında iştirak edib. Cənubi amerikalı qarşılaşma haqda danışıb: “Özümüzü hazır sayırıq. Yaxşı oyun göstәrib sәrfəli nәticә qazanmağa çalışacağıq. “Valletta” ilә oyunda qalib gәlirdik deyә topu özümdә çox saxlayırdım. Bu oyunda isә tam әksinә. Daha sürәtli ötürmәlәrdәn istifadә etmәyә çalışacağam oyunda penalti olsa, tәbii ki, vuracam. “Valletta” ilә oyun isə penaltiyә görә rәqibin qapıçısına alqış düşür. Hәr kәs sәhv edә bilәr. Penalti olsa, vurmağa hazıram”.

0