“Qol iştahamız “Qarabağ”la oyunda da dayanmayacaq”
30.07.2014 - 08:33
“Qol iştahamız “Qarabağ”la oyunda da dayanmayacaq”

“Mövsümün startında göstərdiyimiz oyuna görə futbolçularımla fəxr edirəm. Yetirmələrim məhsuldarlığı ilə də göz oxşayır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avstriyanın “Zalsburq” klubunun baş məşqçisi Adi Hütter deyib.

 

Mütəxəssis Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ”la ilk oyunu öncəsi mətbuat  konfransında iştirak edib. Hütter Bakıdakı görüş haqda iddialı danışıb: “Qol iştahamız “Qarabağ”la oyunda da dayanmayacaq. Azərbaycan çempionu sonadək mübarizə aparan komandadır. 30 min azarkeş də onları dəstəkləyəcək. Lakin bizim üçün bunun fərqi yoxdur. Biz öz oyunumuzu oynamalıyıq. “Qarabağ”ın heyətində Reynaldonu fərqləndirə bilərəm. Rəqibimizi oyun botu təzyiq altında saxlayacağıq”.

 

Qeyd edək ki, “Qarabağ” – “Zalsburq” oyunu saat 20:30-da başlayacaq.

 

 

0