Berti Foqts Azərbaycana qayıtdı
30.07.2014 - 09:34
Berti Foqts Azərbaycana qayıtdı

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts ölkəmizə qayıdıb. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, almaniyalı mütəxəssisin paytaxtımıza gəlişində məqsəd klublarımızın avrokuboklardakı oyunlarını izləməkdir.

 

Belə ki, Foqts Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Zaltsburq" oyununa stadiondan baxacaq. O, Avropa Liqasının üçüncü təsnifat mərhələsində sabah baş tutacaq "Neftçi" - "Çixura" qarşılaşmasını da izləyəcək.

0