“Neftçi” 1 qol vuracaq
30.07.2014 - 16:11
“Neftçi” 1 qol vuracaq

Avropa Liqasının III təsnifat mərhələsində Gürcüstanın “Çixura” klubunu qəbul edəcək “Neftçi” qol sarıdan məhsuldar gündə meydana çıxacaq. Apasport.az saytının məlumatına görə, iyulun 31-də keçiriləcək qarşılaşma təmsilçilərimizin bu tarixdəki 3-cü avrokubok qarşılaşması olacaq.

 

Bunadək həmin gün meydana çıxan Azərbaycan klubları 1 qol vurur. Üstəlik həmin gün rəqibləri də qol vurur.

 

Əvvəlki belə matçlar 2008-ci ildə keçirilib. Həmin gün “Xəzər Lənkəran” Polşada “Lex”ə uduzub – 1:4. “Olimpik” isə öz meydanında Serbiya “Voyvodina”sı ilə bərabərliyə imza atıb -1:1.

0