Ramos aqressivliyinin səbəbini açıqladı
30.07.2014 - 17:25
Ramos aqressivliyinin səbəbini açıqladı

 

“Rəqib yaxşı komandadır. Onların oyunlarınız izləməsəm də, “Bursaspor” kimi komandanı keçiblər. Bu da o deməkdir ki, bizim üçün çətin olacaq. Amma hazıprlaşırıq. İnanıram ki, istədiyimizi əldə edəcəyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Erik Ramos deyib.

 

Cənubi amerikalı yarımmüdafiəçi Avropa Liqasının III təsnifat mərhələsinin “Çixura” (Gürcüstan) oyunu haqda fikirlərini açıqlayıb. Ramos oyunlarda aqresiv görünməyinə münasibət bildirib: “Bu daha çox xarakterlə bağlıdır. Oyunlarda aqressiv olmağım da nəticə ilə bağlı idi. “Koper”lə ikinci oyunda daha çox aqressiv idim. Bunun da səbəb o idi ki, qol vurmaq lazım idi. Həmin oyunlarda 2 sarı vərəqə aldım. Əgər bu oyunda da alsam, növbəti oyunu buraxacağam”.

0