[b]“Neftçi” 6 mini keçdi[/b]
31.07.2014 - 08:10
[b]“Neftçi” 6 mini keçdi[/b]

Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" - "Çixura" matçının bilet satışının ilk 3 gününün nəticələri bəlli olub. Apasport.az saytının məlumatına görə, Azərbaycan və Gürcüstan təmsilçilərinin qarşılaşmasına artıq 6000 bilet satılıb.

 

Bu gün keçiriləcək qarşılaşma öncəsi bu rəqəmin daha da artacağı ehtimal olunur. Çünki əksər azarkeşlər bileti son gün almağa üstünlük verir. Bu üzdən də II mərhələnin Sloveniya “Koper”i ilə görüşünə 9500 azarkeş toplayan bakılıların həmin göstəricini arxada qoyacağı gözlənilir.

 

Qeyd edək ki, “Neftçi” bugünkü ev oyununu da "Bakcell Arena"da keçirəcək. Oyuna adi biletlərin qiyməti 1, VİP biletlərin qiyməti isə 10 manatdır.

 

 

0