“Topaz”: “Neftçi” favoritdi!
31.07.2014 - 08:49
“Topaz”: “Neftçi” favoritdi!

“Topaz” Avropa Liqasının III təsnifat mərhələsinin ilk qarşılaşmaları üçün əmsallarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, mərc oyunları operatoru “Neftçi” (Azərbaycan) – “Çixura” (Gürcüstan) matçında təmsilçimizi favorit sayır.

 

Belə ki, Bakı klubunun qələbəsinə 1,45 əmsal verildiyi halda, məğlub olması 5,00 əmsalla göstərilib. Matçda heç-heçə isə 3,80 əmsalla qiymətləndirilib.

 

Qeyd edək ki, oyun bu gün saat 20:00-da başlayacaq. 

0