[b]FİDE-dən Azərbaycana növbəti etimad [/b]
11.08.2014 - 16:10
[b]FİDE-dən Azərbaycana növbəti etimad  [/b]

Şahmat üzrə Dünya Qran-prisinin yeni mövsümünün cədvəli məlum olub. Apasport.az saytının məlumatına görə, bunu FİDE-nin Norveçin Tromso şəhərində keçirilən Baş Assambleyasında çıxış edən qurumun prezidenti Kirsan İlyumjinov açıqlayıb.

 

O bildirib ki, kişilər arasında yarışın ilk 2 mərhələsi bu ilin noyabr-oktyabr aylarında keçiriləcək. Bu mərhələlərə Azərbaycan və Özbəkistan paytaxtları ev sahibliyi edəcəklər. Bakı və Daşkənddən fərqli, növbəti 2 mərhələnin təşkilatçıları hələ dəqiqləşməyib. Gələn ilin əvvəlində keçiriləcək son turnirləri qəbul etməyə namizədliyini verən ölkələr arasında seçim isə yaxın müddətdə aparılacaq.

 

İlyumjinov onu da deyib ki, qadınlar arasında keçirilən cari Qran-prinin 6-cı – həlledici mərhələsi əvvəlcədən planlaşdırıldığı kimi Erdenetdə (Monqolustan) deyil, Şərcahda (BƏƏ) olacaq.  

 

Qeyd edək ki, 2015-ci il Dünya Kuboku və 2016-cı il Şahmat Olimpiadası da Bakıda keçiriləcək. 

0