[b]Marko Nikoliç: “Neftçi” hörmətə layiq komandadı, amma ...[/b]
20.08.2014 - 16:04
[b]Marko Nikoliç: “Neftçi” hörmətə layiq komandadı, amma ...[/b]

“Çempionlar Liqasından səfər qolu hesabına kənarlaşdırılmağımıza baxmayaraq, yaxşı nəticələrə malik olan seriya yaxalamışıq. Avroliqanın qrup mərhələsinə düşmək istəyirik. Avropada çıxışını davam etdirən yeganə Serbiya klubuyuq”. Apasport.az saytının məlumatına görə, bunu “Partizan”ın baş məşqçisi Marko Nikoliç deyib.

 

35 yaşlı çalışdırıcı sabah keçiriləcək “Neftçi” ilə oyun öncəsi mətbuat konfransı keçirib. O, Belqraddakı ilk matçda qapılarını toxunulmaz saxlamaq istədiklərini bildirib: “Neftçi” hörmətə layiq komandadı, səviyyəli legionerləri var. Ancaq bizim məqsədimiz qrup mərhələsinə düşməkdi. Top buraxmadan qələbə qazanmaq istəyirəm”.

 

“Neftçi” ilə oyun öncəsi yerli jurnalistlərin “Partizan”ın futbolçularının komandadan ayrılacağına dair xəbərlər yazması Nikoliçin xoşuna gəlmir: “Əlbəttə ki, bu məni narahat edir. Ancaq biz istənilən vacib matç öncəsi belə şeylərə öyrəşmişik. Bu, yaxşı hal deyil, lakin reallıqdı və biz belə şəraitdə işləməyə məcburuq. Serbiyada avqustda ən böyük dəyişikliklər baş verir. Bu artıq ənənə halını alıb. Belə şeylər əksinə bizə əlavə motivasiya verir. Bununla belə, özümü üstün hesab edirəm. Ona görə ki, “Partizan”ın və bu oyunçuların baş məşqçisiyəm”. 

 

 

0