[b]Özbəkistanla qarşılaşma millimizə baha-başa gəldi[/b]
21.08.2014 - 11:25
[b]Özbəkistanla qarşılaşma millimizə baha-başa gəldi[/b]

Özbəkistanla yoldaşlıq oyunu Azərbaycan millisi üçün itki ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, Asiya təmsilçisi ilə 0:0 hesablı heç-heçə yığmamızın FİFA reytinqinə mənfi təsir edib.

 

Belə ki, bu bərabərlik 138,57 xalla qiymətləndirilib. Bir oyun üçün verilən bu xal 4 ilin nəticələrinə əsasən, hesablanan əmsalı da aşağı salıb.

 

Oyundak hesabında 413 xal olan Berti Foqtsun yetirmələri 90 dəqiqədə 15 xal itirib. İndi millimiz 398 xala malikdi. Belə nəticə isə komandamızı təxminən 4 pillə geri sala bilər. Təbii ki, FİFA siyahını bu gün açıqlasaydı.

 

 

0