Səlahət Ağayev “5”ə çatdı
21.08.2014 - 13:05
Səlahət Ağayev “5”ə çatdı

Azərbaycan millisinin qapıçısı Səlahət Ağayev yoldaşlıq oyunlarında qol buraxmır. Apasport.az saytının məlumatına görə, qolkiper uğurlu seriyasını 5 oyuna çatdırıb.

 

2010-cu ildə Hondurasla qarşılaşmada debüt edən Ağayev ötən il meydana çıxdığı 3 görüşü də “quru” keçirmişdi. Özbəkistan, Lixtenşteyn və Qırğızıstan millilərindən heç biri gənc əlcək sahibini məyus edə bilməmişdi.

 

Bu dəfə də Özbəkistan yığması üçün Səlahət keçilməz olub. Bununla da o, millidə 5-ci “quru” oyununu keçirib. Bu dəfə də qarşılaşma qolsuz bərabərliklə nəticələnib. Lixtenşteyn üzərində 1:0 hesablı qələbədə payı olan futbolçu 4 dəfə 0:0-a şahidlik edib.

 

Ümumilikdə isə Azərbaycanın əsas komandasında 6 matça çıxan qolkiper cəmi 1 qol buraxıb. Həmin qol da DÇ-2014-ün seçmə mərhələsinin Şimali İrlandiya ilə görüşündə qeydə alınıb – 1:1. Belfastdakı görüşdən sonra isə rəqiblər Ağayevin qapısına qol vurmayıb. Bu seriya isə 4 qarşılaşmadan ibarətdi.

0