“Partizan”ın “Neftçi” ilə oyunlar üçün sifariş ərizəsi
21.08.2014 - 14:24
“Partizan”ın “Neftçi” ilə oyunlar üçün sifariş ərizəsi

Serbiyanın “Partizan” klubu “Neftçi” ilə oyunlar üçün sifariş ərizəsini UEFA-ya təqdim edib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Marko Nikoliç klub rəsmilərindən 29 futbolçunun adının Avropanın ali futbol qurumuna təqdim olunmasını tapşırıb.

 

Bu 29 futbolçudan 23-ü A, 6-sı isə B siyahısı üçün sifariş olunub. Dünən Nikoliçlə yanaşı mətbuat konfransında təqdim olunan yeni transfer Lazar Çirkoviç isə iştirak ərizəsinə daxil edilməyib.

 

Qapıçılar: 1. Jivko Jivkoviç, 12. Filip Klyayiç, 25. Milan Lukaç;

 

Müdafiəçilər: 3. Vladimir Volkov, 4. Miroslav Vuliçeviç, 5. Nemanya Petroviç, 6. Voyislav Stankoviç, 19. Branko Paulyeviç, 30. Branko İliç, 35. Miladin Stevanoviç (B), 40. Miloş Ostoyiç;

 

Yarımmüdafiəçilər: 8. Darko Braşanats, 11. Nikola Ninkoviç (B), 14. Petar Qrbiç, 17. Andriya Jivkoviç (B), 18. Nikola Drinçiç, 20. Saşa Lukiç (B), 21. Saşa Markoviç, 22. Saşa İliç, 28. İvan Petroviç, 29. Nenad Marinkoviç, 36. Nikola Qulan, 55. Danilo Pantiç (B);

 

Hücumçular: 7. Predraq Luka, 9. Nemanya Koyiç, 10. İsmael Fofana, 27. Danko Lazoviç, 32. Petar Şkuletiç, 33. İvan Şaponyiç (B).

 

Qeyd edək ki, “Neftçi” bu oyunlar üçün 24 futbolçu sifariş edib. Bunlardan cəmi 4 oyunçu B siyahısında yer alıb. Yeni futbolçu kimi sifariş ərizəsinə çilili hücumçu Nikolas Kanales daxil olunub.

0